ELM VƏ TƏHSİL


BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib

Bakı, 22 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bu ali məktəbin jurnalistika fakültəsinin, mətbuat və informasiya şöbəsinin bir qrup əməkdaşı ilə görüşüb, onları 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə jurnalistika sahəsində ixtisaslaşmalar, sahə jurnalistikası, tələbələrin ölkənin ən nüfuzlu media qurumlarında təcrübə keçmələri üçün əlverişli şəraitin yaradılması, jurnalistika ilə bağlı nəşrlərin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, jurnalistika fakültəsinin Tədris-teleradio studiyasında müxtəlif məzmunlu verilişlər hazırlanması, tələbə yaradıcılığına geniş yer verilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.