ELM VƏ TƏHSİL


BDU-nun rektoru şəhid məzun Şamil Nəcəfovun diplomunu ailəsinə təqdim edib

Bakı, 10 iyun, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutur, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərir, şəhid ailələri və qazilərlə vaxtaşırı görüşlər keçirir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev və universitetin əməkdaşları Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Şamil Nəcəfovun ailəsini ziyarət edib. Elçin Babayev BDU kollektivinin Şamilin xatirəsinin daim əziz tutulduğunu vurğulayıb, onun Vətən uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildirib. Rektor şəhidin ali təhsil haqqında diplomunu anasına təqdim edib.

Şəhidin valideynləri Şamil haqqında xatirələrini bölüşüb, onu Vətənə layiq övlad kimi böyütdükləri üçün fəxr etdiklərini bildiriblər.

Daha sonra rektor Elçin Babayev və universitet əməkdaşları şəhid Şamil Nəcəfovun məzarını ziyarət ediblər.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin ilk günlərində döyüşə atılan Şamil Nəcəfov 2020-ci il oktyabr ayının 1-də Murov istiqamətindəki döyüşlərdə şəhid olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.