ELM VƏ TƏHSİL


BDU-nun şəhid məzunlarının məzarları ziyarət olunub

Bakı, 10 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin bir qrup tələbə və əməkdaşı fakültənin şəhid məzunları Nadir Nadirli və Tərxan Qurbanovun ailələrini ziyarət edib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Mingəçevir və Şəmkir Şəhidlər xiyabanlarında şəhid məzunların məzarları ziyarət olunub, qarşısına əklil qoyulub, ruhlarına dualar oxunub.

Daha sonra tələbə və müəllimlər hər iki şəhidin ailəsində olublar.

Görüşdə qeyd olunub ki, BDU-da şəhid tələbə və məzunlarının xatirəsi daim əziz tutulur, şəhid ailələri və qazilərlə vaxtaşırı görüşlər keçirilir.

Ziyarətçilər Nadir Nadirli və Tərxan Qurbanovun Vətən torpağı uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalmalarından qürur duyduqlarını və onların xatirəsinin əbədi yaşayacağını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.