ELM VƏ TƏHSİL


BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun ailəsi ziyarət olunub

Bakı, 7 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov, Sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova, universitet Tələbə Həmkarlar Komitəsinin sədri Hacıbaba Mustafayev Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda düşmənə qarşı gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Ataməli Musaoğlunun ailəsini ziyarət ediblər.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Dekan Rövşən Cavadov qeyd edib ki, şəhidlərin ailələrinə baş çəkmək, onlara təsəlli vermək, problemləri ilə maraqlanmaq hər birimizin borcudur. BDU əməkdaşları da şəhidlərin xatirəsini həmişə ehtiramla anır, ailələrini vaxtaşırı ziyarət edirlər.

Görüşdə Ataməli Musaoğlunun universitetdə təhsil aldığı müddətdə özünün nümunəvi davranışı ilə seçildiyi, onun əziz xatirəsinin müəllimlərinin, dostlarının qəlbində əbədi yaşayacağı diqqətə çatdırılıb.

Ataməli Musaoğlu 2012-2016-ci illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində təhsil alıb. Psixoloq kimi fəaliyyət göstərən Ataməli Musaoğlu 2020-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub və oktyabrın 16-da Ağdərə istiqamətində düşmənə qarşı gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.