ELM VƏ TƏHSİL


BDU-nun şəhid məzunu Cavid Manafovun barelyefinin açılış mərasimi keçirilib

Bakı, 12 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Cavid Manafovun yaşadığı ünvanda barelyefinin açılış mərasimi keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, mərasimdə şəhid anaları, ictimai xadimlər, Milli Məclisin deputatları, universitetin bir qrup əməkdaşı və tələbələri iştirak ediblər.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, şəhid Cavid Manafovun təhsil aldığı Sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edərək Cavid Manafovun ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını deyib, onun əziz xatirəsinin ürəklərdə daim yaşayacağını bildiriblər.

Şəhidin anası Natəvan Manafova dövlətimizin başçısının apardığı uğurlu siyasətin, ordu quruculuğunun və islahatların nəticəsində torpaqlarımızın düşmən tapdağından azad edildiyini vurğulayıb. N.Manafova göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Mərasimdə şəhidin döyüş yolundan danışılıb, onun haqqında xatirələr söylənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.