ELM VƏ TƏHSİL


BDU-nun tələbələri Dendrologiya İnstitutundakı bitkilər barədə məlumatlandırılıb

Bakı, 3 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Botanika kafedrasının müəllimi Kəmalə İbayevanın rəhbərliyi altında həmin təhsil müəssisəsinin tələbələri AMEA-nın Dendrologiya İnstitutunda olublar.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovla görüş zamanı tələbələrə burada aparılan innovativ elmi-tədqiqat işləri, beynəlxalq əlaqələr və qrant layihələr haqqında məlumat verilib.

Tələbələr institutun ərazisindəki bitki biomüxtəlifliyi, eləcə də bitkilərin bioekoloji xüsusiyyətləri barədə geniş məlumat alıb, həmçinin laboratoriyalardakı müasir avadanlıqlarla yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.