ELM VƏ TƏHSİL


BDU-nun tələbələri İnformasiya Texnologiyaları İnstitutunda istehsalat təcrübəsi keçirlər

BDU-nun tələbələri İnformasiya Texnologiyaları İnstitutunda istehsalat təcrübəsi keçirlər

Bakı, 29 mart, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) tələbələrinin istehsalat təcrübəsinə start verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təcrübə müddətində tələbələrə tədqiqat mövzusu ətrafında araşdırma aparmaq, elmi mənbələrin axtarışı, məsələnin qoyuluşuna uyğun olaraq metodun seçilməsi və tətbiqi, hesablamaların aparılması və sair bu kimi nəzəri və texnoloji biliklər aşılanacaq.

Qeyd edək ki, iyulun 5-dək davam edəcək istehsalat təcrübəsi BDU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında mövcud olan əməkdaşlıq əsasında həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.