ELM VƏ TƏHSİL


BDU-nun tələbələri İspaniya və İtaliyanın universitetlərində tədqiqat təcrübəsi aparacaqlar

BDU-nun tələbələri İspaniya və İtaliyanın universitetlərində tədqiqat təcrübəsi aparacaqlar

Bakı, 6 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) tələbə və gənc tədqiqatçıları Avropa İttifaqının 2019-2023-cü illər üzrə nəzərdə tutulan “Azərbaycanda fövqəladə ekoloji vəziyyətin həllinə yönəlmiş 3-cü pillə ali təhsilə dəstək məqsədilə yaradılan innovativ təlim mərkəzi” (ITACA) layihəsində fəal iştirak edirlər.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində yaradılan İnnovativ Təlim Mərkəzinin tələbələri – Ekoloji kimya kafedrasının doktorantı Mədinə Nəbiyeva İspaniyanın Granada Universitetində, Analitik kimya kafedrasının doktorantı Tahir Cavadzadə İtaliyanın La Sapienza Roma Universitetində 3 aylıq tədqiqat təcrübəsində iştirak edəcəklər.

ITACA layihəsinin BDU üzrə rəhbəri Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyevadır.

Qeyd edək ki, ITACA layihəsi (2019-2023) universitet və sənaye arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə vermək üçün Avropa İttifaqı və yerli qurumların, eləcə də neft və qaz hasilatının ətraf mühitə təsiri sahəsində fəaliyyət göstərən müəssisələrin cəlb olunması ilə Təlim Mərkəzinin layihələndirilməsi və qurulmasını nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.