ELM VƏ TƏHSİL
BDU-nun tələbələri “PAŞA Holding”in “Əlaçı” proqramının qalibi olublar
Bakı, 26 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının hüquqşünaslıq ixtisasında təhsil alan tələbələri Sadıq Hacılı, Rəhim Abasov, Nicat İsmayılzadə və Sultanə Sultan “PAŞA Holding”in “Əlaçı” proqramının qalibi olublar.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
“PAŞA Holding”in “Əlaçı” proqramı bakalavriatura pilləsinin III və IV kurs tələbələrini əhatə edən birillik təqaüd proqramıdır. Proqram 2022-2023-cü tədris ilini əhatə edir və qeydiyyatdan uğurla keçən tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutur.
Proqram ərzində tələbələr, həmçinin şəxsi və karyera inkişafı üzrə təlim proqramları, karyera məsləhətləri və mentorluq, şəbəkələşmə fəaliyyətlərinə cəlb olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]