ELM VƏ TƏHSİL


BDU-nun tələbələri “SABAH Magistratura” proqramı barədə məlumatlandırılıb

BDU-nun tələbələri “SABAH Magistratura” proqramı barədə məlumatlandırılıb

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də Bakı Dövlət Universitetində (BDU) “SABAH Magistratura” proqramının təqdimatı keçirilib.

Təhsil İnstitutunun layihə üzrə koordinatoru Səbinə Babayeva tələbələrə “SABAH Magistratura” proqramı, proqram çərçivəsində tədris olunacaq fənlər, akademik heyət, dərsdənkənar fəaliyyət və s. məsələlər haqqında məlumat verib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı professor Məhəmməd Mehdiyev çıxış ediblər.

Sonda tələbələrin proqramla bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, Təhsil İnstitutu ali təhsilin magistratura səviyyəsi üçün həyata keçirilən “SABAH Magistratura” layihəsi çərçivəsində BDU-da kompüter elmləri və texnologiyaları ixtisaslaşması üzrə 2021-2022-ci tədris ilindən başlayaraq bir sıra fəaliyyətləri təşkil edəcək. Bu fəaliyyətlər çərçivəsində məzmun hazırlığı, professor və müəllim heyətinin seçilməsi və təlimləndirilməsi, magistrantlar üçün öyrənmə və tədqiqata yönəlmiş dərsdənkənar fakültətiv məşğələlərin təşkili və maddi-texniki təchizat nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.