ELM VƏ TƏHSİL
BDU-nun tələbələri Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 27 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri 27 sentyabr - Anım Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb.
Universitetin tələbələri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti, şanlı Ordumuzun gücü, qüdrəti ilə torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayıb, Vətən müharibəsində qazandığımız böyük Qələbədən sonsuz qürur hissləri keçirdiklərini deyiblər.
Çıxış edənlər şəhidlik zirvəsinə yüksəlmiş fədakar Vətən övladlarının əziz xatirəsinə həsr olunan tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu söyləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]