ELM VƏ TƏHSİL
BDU-nun tələbələri arasında “Zəfər dastanı” mövzusunda esse müsabiqəsi keçirilir
Bakı, 18 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında 8 Noyabr - Zəfər Günü münasibətilə “Zəfər dastanı” mövzusunda esse müsabiqəsi elan edir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4, Arial qarnituru, şriftin ölçüsü 12 pt və interval 1,5) olmalıdır.
Esselər müəllifin tələbə biletinin fotosurəti ilə birlikdə noyabrın 3-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.
Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər.
Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək və qaliblər təltif ediləcəklər.
Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində yer alacaq.
Əlavə məlumat üçün: (+994 50) 408 84 89
e-mail: [email protected]