ELM VƏ TƏHSİL


BDU-nun tələbələri dəniz hüququnun əsas anlayışları barədə məlumatlandırılıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) "Xəzər həftəsi" çərçivəsində "Dəniz hüququ, önəmi və əsas anlayışları" adlı onlayn tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova Xəzər dənizinin coğrafiyası haqqında tələbələrə ətraflı məlumat verib. Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimova isə dəniz hüququ haqqında tələbələri məlumatlandırıb, mövzunun aktuallığından bəhs edib.

Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi Sahilə Allahverdiyevanın Xəzər dənizinin Azərbaycan iqtisadiyyatında rolu haqqında məruzəsi dinlənilib. Bildirilib ki, Xəzər zəngin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya enerji bazarlarına sərbəst nəqli bu gün təkcə ölkəmizin xarici siyasət prioritetlərindən deyil, eyni zamanda, müasir dünya siyasətinin və beynəlxalq aləmin aktual mövzularından sayılır. O, Xəzər dənizinin ekoloji problemlərinə toxunub, Xəzər dənizinin çirklənməsi ilə əlaqədar ekoloji şəraitin korlanmasının son dövrün ən mühüm problemlərindən biri olduğunu vurğulayıb.

Hüquq fakültəsinin dosenti Natiq Əsgərov “Xəzər dənizinin hüquqi statusu” mövzusunda çıxış edib. O, Xəzər dənizinin geosiyasi, mədəni, ekoloji, iqtisadi və energetik əhəmiyyətindən danışıb.

Sonra tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.