ELM VƏ TƏHSİL


BDU-nun tələbəsi Mədəniyyət Nazirliyinin ədəbiyyat müsabiqəsinin qalibi oldu

Bakı, 25 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin IV kurs tələbəsi Fərhad Kərimli Mədəniyyət Nazirliyinin elan etdiyi “Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”ndə “Peşəkar yaradıcı şəxslər” kateqoriyasında hekayə janrı üzrə 1-ci yerə layiq görülüb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Müsabiqəyə ümumilikdə 321 əsər təqdim edilib. “Peşəkar yaradıcı şəxslər” kateqoriyası üzrə 50, “Həvəskar yaradıcı şəxslər” kateqoriyası üzrə 193, “10-15 yaşarası uşaqlar” kateqoriyası üzrə 25 əsər iştirak edib. Fərhad Kərimli “Bir qucaq torpaq” adlı hekayəsi ilə müsabiqəyə qatılıb və qalib elan olunub.

“Peşəkar yaradıcı şəxslər” kateqoriyasında hər bir janr üzrə qaliblərə 1500 manat pul mükafatı ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.