ELM VƏ TƏHSİL


BDU-nun tələbəsi beynəlxalq tədbirdə ölkəmizdə gənclər siyasətinin uğurlu nəticələrindən danışıb

Bakı, 1 noyabr, AZƏRTAC

Fransanın Nant şəhərində dünyanın 15-dən çox ölkəsini təmsil edən avropalı gənclərin “Təşəbbüs forumu” keçirilib.

Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, Avropa İttifaqının dəstəyi ilə təşkil edilən tədbirin məqsədi gənclər arasında tərəfdaşlığın inkişaf etdirilməsi olub.

Forumda avropalı gənclərin əməkdaşlığının genişləndirilməsinin vacibliyindən bəhs edilib, gənclər siyasəti, gənc sülhməramlılar və digər məsələlər barədə müzakirələr aparılıb.

Tədbirdə BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Fərid Muradov ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.