ELM VƏ TƏHSİL


BDU ötən il 30-dək ölkənin universitet və təşkilatı ilə əməkdaşlıq əlaqəsi qurub

BDU ötən il 30-dək ölkənin universitet və təşkilatı ilə əməkdaşlıq əlaqəsi qurub

 

Bakı, 12 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq əməkdaşlığı daha da genişlənir. Ötən il universitet dünyanın 15-dən çox ölkəsinin 30-dək nüfuzlu ali təhsil müəssisəsi və təşkilatı ilə əməkdaşlığa dair sənədlər imzalayıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Həmin sənədlərdən 5-i “Erasmus+” beynəlxalq tələbə-müəllim mübadilə proqramı çərçivəsində əməkdaşlığı nəzərdə tutur. BDU Türkiyə, Qazaxıstan və Özbəkistan universitetləri ilə daha çox müqavilə imzalayıb. BDU-da İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Azərbaycanda ilk ixtisaslaşdırılmış Biotibbi materiallar kafedrası yaradılıb. Bu, BDU ilə ICESCO arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilib.

Eyni zamanda, Erasmus+ Jean Monnet proqramı üzrə Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) elan etdiyi müsabiqənin qalibi olan “Green oriented studies in EU” (Avropa İttifaqında “Yaşıl araşdırmalar”) layihəsinin icrası ilə bağlı qrant müqaviləsi imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.