ELM VƏ TƏHSİL


BDU təhsil və karyera sərgisində təmsil olunub

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə keçirilən təhsil və karyera sərgisində Bakı Dövlət Universiteti (BDU) təmsil olunub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Ölkəmizin bir sıra aparıcı ali təhsil müəssisələri, ictimai təşkilatlar, müxtəlif şirkətlərin iştirak etdiyi sərginin keçirilməsində məqsəd savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin məşğulluq imkanlarını artırmaq, vətəndaşların dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək göstərmək, habelə müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır.

Sərgidə iştirakçılara BDU-da təhsil və karyera imkanları, bu ali məktəbin elmi-tədqiqat yönümlü və sosial layihələri, xarici ölkə universitetləri ilə ikili diplom proqramları haqqında ətraflı məlumat verilib. BDU-nun fəaliyyətini əks etdirən kitab və qəzetlər, elmi-tədqiqat jurnalları, broşür və bukletlər ziyarətçilərdə maraq doğurub.

Sərgidə BDU-nu Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Karyera və məzunlarla əlaqə sektorunun müdiri Vasif Həsənov, Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənov təmsil ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.