ELM VƏ TƏHSİL


BDU tələbələri Asiya debat çempionatında müvəffəqiyyət sertifikatı qazanıblar

BDU tələbələri Asiya debat çempionatında müvəffəqiyyət sertifikatı qazanıblar

Bakı, 6 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin tələbələri Omanın paytaxtı Maskatda keçirilən ərəb dili üzrə Asiya debat çempionatında müvəffəqiyyət sertifikatına yiyələniblər.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Qeyri-ərəb ölkələrinin də iştirak etdiyi beynəlxalq yarışda BDU-nun gələcək şərqşünasları çətin qruplardan birində mübarizə aparıblar. Tələbələr Tailand komandası üzərində qələbə qazanıb, Malayziya komandası qarşısında az fərqlə xal itiriblər.

Debat çempionatında əsas mövzuları biomüxtəliflik, yaşıl iqtisadiyyat, ekoloji təhlükəsizlik kimi qlobal problemlər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.