ELM VƏ TƏHSİL


BDU tələbələri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində

Bakı, 19 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllim və tələbə kollektivi 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində (“InterFood Azerbaijan”) iştirak edib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Agro” sərgisi kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, topdan və pərakəndə ticarət nümayəndələrini, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçini bir yerə toplayıb.

Sərgidə Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və aqrar sahədə uğur qazanmış digər ölkələrdən nümayəndələr iştirak edirlər. İştirakçıların 71 faizi xarici şirkətlərin nümayəndələridir. Sərgidə kənd təsərrüfatında tətbiq olunan innovativ texnologiyalar, kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma sistemləri, elektron kənd təsərrüfatı, pilotsuz uçuş aparatları, süni intellekt, alternativ enerji mənbələri və digər smart bölmələr nümayiş olunur. Həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat institutlarının ən son nailiyyətləri, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilmiş bir sıra startap müsabiqələrinin qaliblərinin yaşıl enerji mənbələrinə dair qurğu və məhsulları sərgilənir.

Sərgiyə baxış zamanı müəllim və tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.