ELM VƏ TƏHSİL


BDU tələbələri Koreya dili nitq müsabiqəsinin qalibləri olublar

Bakı, 13 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Bakı Seconq Dil məktəbində Koreya dili nitq müsabiqəsi keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, nitq yarışması üç mərhələdə keçirilib. İlkin mərhələni uğurla başa vuran 8 tələbə finalda iştirak etmək hüququ qazanıb. Finalda iştirak etməyə haqq qazanan iştirakçılardan üçü BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələridir. Nitq yarışmasında I yerə Nuranə Abbasova, II yerə isə Nigar Bəkirova layiq görülüb.

Müsabiqənin son mərhələsi dünyanın müxtəlif ölkələrində finala yüksəlmiş tələbələrin iştirakı ilə Koreyada keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.