ELM VƏ TƏHSİL


BDU tələbələri azad olunmuş ərazilərin ekoloji qiymətləndirilməsi layihəsində iştirak edəcəklər

Bakı, 20 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) tələbələri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsi” layihəsində iştirak edəcəklər.

Bu barədə məlumat AZƏRTAC-a BDU-dan verilib. Bildirilib ki, gənclər işğaldan azad olunan ərazilərin real ekoloji vəziyyəti ilə tanış olacaq, müxtəlif vasitələrlə yerli və beynəlxalq ictimaiyyəti törədilən ekosid faktlarına dair məlumatlandıracaqlar. Ermənistanın 30 illik işğalı nəticəsində təbiətimizə vurulan ziyan layihə çərçivəsində araşdırılacaq, ərazilərin bərpası üçün beynəlxalq təcrübə öyrəniləcək və ekoloji ziyanın miqyasının ölçülməsi üçün metodologiya və qaydalar hazırlanacaq.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondu tərəfindən həyata keçirilən bu layihə nəticəsində, gənclərin iştirakı ilə işğaldan azad olunmuş ərazilərin ekoloji durumunun qiymətləndirilməsi aparılacaq.

Qeyd edək ki, layihədə BDU-nun Coğrafiya, Ekologiya və torpaqşünaslıq fakültələrinin tələbələri də iştirak hüququ qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.