CƏMİYYƏT


BDU tələbəsi: “MEDİA könüllüləri” təlimində iştirak etmək gələcək jurnalistlər üçün böyük şansdır

Bakı, 16 sentyabr, AZƏRTAC

Belə təlimdə iştirak etmək gələcək jurnalistlər üçün böyük şansdır. Təlimlər bizə mühüm detalları öyrənməyə kömək edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin “MEDİA könüllüləri” təliminin iştirakçısı, Bakı Dövlət Universitetinin tələbəsi Ülkər İsmayılzadə deyib.

Tələbə qeyd edib ki, bu cür təlimlər gənc jurnalistlərin peşəkar olmasına xidmət edir: “Ümumiyyətlə, düşünürəm ki, bu proqram jurnalistikaya həvəsi olan və məhz bu sahədə gələcəkdə işləmək istəyən şəxslər üçün çox faydalı olacaq. Belə təlimlərdə iştirak edərək bu sahədə bilik və bacarıqlarımızı artırmaq şansımız yaranır. Burada bizə jurnalistlər təlim keçir və müxtəlif tapşırıqlar verilir. Təlimdə iştirak etdiyimə görə şanslıyam. Gələcəkdə jurnalist kimi fəaliyyət göstərərkən burada öyrəndiyim informasiyaların mənə yardım edəcəyinə inanıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.