ELM VƏ TƏHSİL


BDU və Nəcməddin Ərbakan Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Bakı, 26 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin Nəcməddin Ərbakan Universitetinin rektoru Cem Zorlu ilə görüşüb.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Rektor E.Babayev Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə ən yüksək səviyyəyə çatdığını, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının bu münasibətlərin ən gözəl ifadəsi olduğunu qeyd edib. Bakı Dövlət Universitetində mayın 26-dan 28-dək keçirilən I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı barədə qonağa məlumat verən rektor bununla eyni gündə “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalının keçirilməsini qardaş ölkələrimizin dostluğunun, birliyinin daha bir parlaq nümunəsi olduğunu vurğulayıb.

E.Babayev daha sonra qonağa Azərbaycanın ən böyük və qədim universiteti olan BDU haqqında məlumat verib. Bildirib ki, təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir. Rektor beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri və elm qurumları ilə əlaqələrin genişləndirilməsi, xüsusilə qardaş Türkiyə universitetləri ilə əməkdaşlığın, ikili diplom proqramlarının qəbulu, birgə elmi tədqiqatların aparılması, müəllim-tələbə mübadiləsinin BDU-nun inkişaf strategiyasının əsas prioritetlərindən olduğunu qeyd edib.

Nəcməddin Ərbakan Universitetinin rektoru Cem Zorlu qəbula görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi universitet barədə ətraflı məlumat verib.

Görüşdə BDU və Nəcməddin Ərbakan Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.