ELM VƏ TƏHSİL


BDU-ya əcnəbi tələbələrin qəbulu davam edir

Bakı, 10 avqust, AZƏRTAC

2022-2023-cü tədris ili üçün Bakı Dövlət Universitetinin (BDU) müvafiq ixtisasları üzrə əcnəbi tələbələrin qəbulu davam edir.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Qəbulla bağlı sentyabrın 1-dək müraciət etmək olar.

Əcnəbi vətəndaşlar tərəfindən təqdim ediləcək sənədlərin siyahısı:

1. Seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər);

2. Əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);

3. Sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;

4. Etibarlı sərhədkeçmə sənədi;

5. Altı ədəd fotoşəkil (son 6 ayda çəkilmiş fotoşəkil);

6. Beynəlxalq pasport (fotoşəkil olan səhifə), pasportun etibarlılıq müddəti universitetə müraciət olunan tarixdən sonra ən az 1 il olmalıdır;

7. Tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);

8. Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).

Qeyd:

1. Azərbaycan Respublikası Miqrasiya Xidməti tərəfindən verilmiş daimi yaşayış icazəsi (DYİ seriyası) olan xarici vətəndaşlar Bakı Dövlət Universitetinə yalnız Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin keçirdiyi test imtahanları əsasında qəbul ola bilərlər.

2. Xarici ölkə vətəndaşlığı ilə yanaşı Azərbaycan Respublikasının vətəndaşlığı olan şəxslərin əcnəbi vətəndaş qismində Bakı Dövlət Universitetinə sənəd təqdim etmələri qadağandır. Onlar universitetə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin keçirdiyi test imtahanları əsasında qəbul ola bilərlər.

3. Azərbaycan Respublikasının təhsil müəssisələrinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamalarını təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etməlidir.

Qeyd edək ki, tələbələrin sənəd qəbulu https://portal.edu.az/ saytı vasitəsilə aparılır.

Ünvan: Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148

BDU, Bakı – 2022, Tel: (+994 12) 510 35 87; Fax: (+994 12) 510 35 87; Email: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.