İQTİSADİYYAT
BELARUSDA İYULUN 1-DƏN QEYRİ-NAĞD RUS RUBLU DÖVRİYYƏYƏ BURAXILIR
RİA “Novosti” Agentliyindən AZƏRTAC-a daxil olan xəbərə görə, Belarus Milli Bankı idarə heyətinin sədri Vladimir Senko məlumat vermişdir ki, iyulun 1-dən Belarus Respublikasının ərazisində qeyri-nağd rus rublu dövriyyəyə buraxılır. Milli Bankda təsdiq edirlər ki, ölkənin ödəniş sistemi buna hazırdır. “Bu gündən Belarus müəssisə və şirkətlərinin sərbəst şəkildə rus rublu vasitəsilə mal və xidmət mübadiləsi etmək, hətta vergiləri ödəmək imkanı olacaqdır”.-deyə Senko bildirmişdir.Belarusun Milli Bankında inanırlar ki, heç bir əlavə texniki yenilik tətbiq etmədən, hər iki ölkənin ödəniş sistemi eyni ödəniş vasitəsinə keçməyə hazırdır. Lakin Milli Bankın rəhbərliyi Belarus rublunun kursunu dəstəkləmək məqsədilə bankın ehtimyatından 50 milyon ABŞ dolları ayırmağı da mümkün sayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:25]
DGK sədri Misir səfiri ilə görüşüb
- 28.03.2024 [11:05]
Mərkəzi Bank uçot dərəcəsini endirib
- 28.03.2024 [10:03]
Energetika Nazirliyində kollegiya iclası keçirilib
- 28.03.2024 [10:00]
Dünya birjalarında neft bahalaşıb
- 28.03.2024 [09:18]