DÜNYA
BELARUSDA PARLAMENT SEÇKİLƏRİNƏ MONİTORİNQDƏ MDB ÖLKƏLƏRİNDƏN MÜŞAHİDƏÇİLƏR DƏ İŞTİRAK EDƏCƏKLƏR
AZƏRTAC MDB İcraiyyə Komitəsinin məlumatına istinadla xəbər verir ki, Belarusda oktyabrın 17-də keçiriləcək parlament seçkilərinə və referenduma monitorinqdə MDB ölkələrindən 220 nəfərədək müşahidəçi iştirak edəcəkdir.
MDB dövlətlərindən Belarusun bütün vilayətlərinə gələn müşahidəçilərdən altı qrup yaradılmışdır. Daha bir qrup isə Minskdə işləyəcəkdir. Müşahidəçilər vaxtından əvvəl təşkil olunan səsverməyə monitorinq həyata keçirir, deputatlarla, onların vəkilləri və seçki komissiyalarının üzvləri ilə görüşürlər.
Onların fəaliyyətini əlaqələndirmək üçün, habelə parlament seçkilərinin və respublika referendumunun hazırlanmasına və keçirilməsinə nəzarət üzrə işin təşkilində müşahidəçilərə lazımi təşkilati-texniki yardım göstərilməsi üçün onları MDB İcraiyyə Komitəsi aparatının əməkdaşları müşayiət edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]