DÜNYA


BELÇİKAUNIN ANTVERPEN LİMANI YAXINLIĞINDA İKİ NƏHƏNG QURU YÜKDAŞIYAN GƏMİ TOQQUŞMUŞDUR

İyulun 20-də gecə Belçikanın Antverpen limanından aşağıda Şeld çayının mənsəbində iki nəhəng konteyner daşıyan gəmi toqquşmuşdur. Nəticədə Malta bayrağı altında üzən İsrail gəmisi “Pelikan” ciddi zədə almışdır. Gəmi heyəti arasında təlafat yoxdur. Bu xəbəri İTAR-TASS Agentliyi yaymışdır.

Xəbərdə həmçinin deyilir ki, Antverpen istiqamətində üzən “Pelikan” gəmisində sükanın sıradan çıxması üzündən toqquşma baş vermiş və Bahama adaları bayrağı altında üzrən “Mayer-Bəhreyn” gəmisinə çırpılmışdır. Hadisə nəticəsində İsrail gəmisi deşilmiş, maşın şöbəsini su basmışdır. Konteynerləri boşaltmaq üçün gəmini çətinlikldə sahilə tərəf çəkmişlər. Belçika və Niderlandın sahil xidməti nümayəndələri (hadisə isə Hollandiyanın ərazi sularında baş vermişdir) ehtiyat edirlər ki, dənizin ləpələri “Pelikan”dan axan yanacağı “qovaraq”, Antverpen limanı akvatoriyasına aparıb çıxara bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.