DÜNYA
BERLİNDƏ “FİFA-2006” TİCARƏT MƏRKƏZİ AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 16-da Almaniyanın paytaxtında yeni nümunəvi idman malları ticarət mərkəzi qapılarını istehlakçıların üzünə açmışdır. Ticarət mərkəzinin açılış mərasimində FİFA-nın, Almaniya Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi, Ümumdünya Ticarət Təşkilatının nümayəndələri iştirak etmişlər.
2006-cı ildə Almaniyada keçiriləcək futbol üzrə dünya birinciliyinin təşkilat komitəsinin sədri Frans Bekkenbauer ticarət mərkəzinin önündəki lenti kəsərək qonaqları və ictimaiyyəti sərgi-satış salonlarına dəvət etmişdir.
Almaniyanın dünya şöhrətli “Karstadt” ticarət konserninin yaratdığı ilk nümunəvi ticarət mərkəzi istehlakçılara məşhur alman firmalarının, xüsusilə, “ADİDAS”-ın 2006-cı il futbol çempionatına yeni töhfələrini - yüksək lisenziyalı və çeşidli idman mallarını təqdim edir. Konsern yaxın vaxtlarda Almaniya ərazisində və dünyanın digər ölkələrində bu növ 300-dən artıq nümunəvi ticarət mərkəzi açmağı planlaşdırır.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 23.09.2023 [15:29]
Fransa İtaliya üzərindən mühacir axınının qarşısını almağa çalışır
- 23.09.2023 [14:57]
Dubayda dünyanın ilk üzən məscidi tikiləcək
- 23.09.2023 [14:03]
Qazaxıstan Türkiyə ilə gömrük nəzarəti prosedurunu sadələşdirir
- 23.09.2023 [13:49]
Fransada etiraz nümayişləri yenidən alovlanır
- 23.09.2023 [13:10]
Avropada dizel yanacağı bahalaşıb
- 23.09.2023 [11:53]
Co Bayden avtomobil sənayesi işçilərinin piketinə qoşulacaq
- 23.09.2023 [10:39]