DÜNYA


BERLİNDƏ İKİ PEŞƏKAR NARKOTİK QAÇAQMALÇISI HƏBS OLUNMUŞDUR

Narkomanlığa, narkobiznesə və narkotik vasitələrin qanunsuz dövriyyəçilərinə qarşı sərt mübarizə tədbirləri həyata keçirən Almaniya hüquq mühafizə orqanları ölkə daxilində kök salmış narkobiznesmenlərə aid mərkəzlərin aşkar edilməsi, onların ifşa olunması, narkotik vasitələrin müsadirəsi istiqamətində mübarizə əməliyyatlarını daha da gücləndirmişlər.

AZƏRTAC-ın xüsusi müxbiri Almaniya federal polisinin məlumatlarına istinadən xəbər verir ki, iyunun 4-də Berlinin Noyköln-Kroysberq yaşayış mərkəzində narkobiznesmenlərin izinə düşən polis yeraltı avtomobil dayanacağında iki qaçaqmalçıya məxsus maşının hər birindən 10 kiloqram həşiş tapmışdır. Bunun ardınca axtarış əməliyyatlarını hər iki otuz yaşlı peşəkar narkobiznesmenin mənzilində davam etdirən polis narkotik vasitənin digər əlavə 10 kiloqramını ələ keçirərək müsadirə etmişdir. Narkotrafiklər polisin nəzarəti altında saxlanılır.

Berlin ədliyyəsi narkotik maddələr alverçilərinin həbs cəzasına məhkum olunması barədə qərar vermişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.