SİYASƏT


BERNAMA agentliyi Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumu barədə növbəti xəbər yayıb

Kuala Lumpur, 13 oktyabr, AZƏRTAC

Malayziyanın BERNAMA dövlət informasiya agentliyi Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində mülki əhaliyə və obyektlərə raket zərbələri endirməsinə dair növbəti məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, agentlik ölkəmizin Malayziyadakı səfirliyinə istinad edərək, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bu barədə kəskin mövqe ifadə edən 11 oktyabr tarixli bəyanatına geniş yer verib. Qeyd edilib ki, Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında əldə olunmuş humanitar atəşkəs razılaşmasına baxmayaraq, Ermənistanın silahlı qüvvələri həmin razılaşmanı kobud şəkildə pozub.

Hücum zamanı mülki vətəndaşların həlak olduğu və yaralandığı bildirilib, Ermənistan silahlı qüvvələrinin bundan əvvəl oktyabrın 4-də də Gəncəyə hücum etdiyi xatırladılıb.

Xəbərin sonunda malayziyalı oxuculara Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə qısa məlumat da verilib. Dağlıq Qarabağ regionunun və ətraf 7 rayonun beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanındığı vurğulanıb. Həmçinin Malayziyanın münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində sülh yolu ilə nizamlama cəhdlərinə dəstək verdiyi bildirilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.