İQTİSADİYYAT
“B.EST Solutions” Brüsseldə keçirilən “FutureTrust” Konsorsiumunun baş assambleyasında təmsil olunub
Bakı, 28 noyabr, AZƏRTAC
“B.EST Solutions” Azərbaycan şirkəti Brüsseldə keçirilən “FutureTrust” Konsorsiumunun baş assambleyasında iştirak edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu layihə Avropa İttifaqı bazarında və onun hüdudlarında elektron tranzaksiyalar üçün (eIDAS) elektron identifikasiya (eID) və etibarlılıq xidmətləri məsələlərinin praktiki nizamlanmasını dəstəkləməyə istiqamətlənib. Layihə Avropa İttifaqının tədqiqatlar və innovasiyalar Çərçivə Proqramı (“Horizon 2020”) çərçivəsində maliyyələşdirilir və Boxum Rur Universiteti (Almaniya) tərəfindən əlaqələndirilir. “FutureTrust”ın məqsədi Avropa üçün etibarlılıq infrastrukturunun hərtərəfli, konfidensial, çevik, ümumi əlyetərli olan komponentlərinin işlənib hazırlanması, eləcə də layihə iştirakçılarına hərtərəfli dəstəyin göstərilməsi hesab edilir. Bu gün onların sırasına 10 ölkədən 16 tərəfdaş daxildir. Buraya Almaniya, Lüksemburq, Belçika, Avstriya, Böyük Britaniya, Portuqaliya, Serbiya, Gürcüstan, Türkiyə, Cənubi Afrika və Azərbaycan daxildir. Azərbaycan, bu ilin sentyabrında layihənin assosiativ üzvü olmuş “B.EST Solutions” şirkəti tərəfindən konsorsiumda təmsil olunub.
Baş assambleya çərçivəsində “FutureTrust” layihəsinin inkişafının əsas prinsipləri işlənilib. Buraya identifikasiyanın idarə edilməsi xidmətlərinin (“IdMS”), etibarlılıq xidməti və təhlükəsizliyin təmin edilməsi xidmətinin yaradılması, mobil imza və möhür xidmətlərinin standartlaşdırılması, eləcə də etibarlılığın qlobal siyahısının hazırlanması daxildir.
Bu prinsiplərə əsaslanaraq “FutureTrust” layihəsinə iştirakçı ölkələrdə pilot layihələrə start verilib. Bunların içərisində əsas məqsədi elektron tranzaksiyaların emalı, ödənilməsi və arxivləşdirilməsi olan Almaniyanın Federal Administrasiya İdarəsinin Federal Portalı, əsas məqsədi Avstriya şirkətləri və assosiasiyalarının elektron hökumətin “B2G” xidmətlərinə vahid əlyetərlilik nöqtəsinin təqdim edilməsi hesab olunan Avstriyanın Elektron Hökumətinin xidmətlər Portalı, apostillərin nəşriyyatçılarının və nəşr olunmuş apostillərin metaverilənlərinin reyestrinin aparılması üçün Gürcüstanın elektron apostillərinin yoxlanış sistemi, birbaşa debetləşdirilmə proseslərində kağız mandatın elektron mandata dəyişdirilməsi məqsədilə Portuqaliyanın avro ilə ödəmələrin Vahid zonasının elektron mandat xidməti - SEPA.
Konsorsiumun keçən görüşü Avropa İttifaqı ölkələri və Azərbaycan da daxil olmaqla tərəfdaş ölkələr arasında etibarlılıq infrastrukturunun yaradılması məsələlərinə həsr olunub. Tədbir çərçivəsində “FutureTrust” Konsorsiumunun Elektron İdentitet və Təhlükəsizlik üzrə Avropa Assosiasiyası, Avstriyanın Federal Hesablama Mərkəzi, Almaniyanın Federal Administrativ İdarəsi, Gürcüstan, Rur və Sautgempton Universitetlərinin Dövlət Xidmətinin inkişafı Agentliyi, Serbiya Respublikasının Daxili İşlər Nazirliyi, “PriceWaterhouseCoopers”, İsveçrədə Tətbiqi Elmlər Bern Universiteti, “Giesecke+” “Devrient Mobile Security”, Türkiyənin elmi-texniki tədqiqatlar Birliyi və digər ölkələr kimi üzvlərinin nümayəndələrinin məruzələri dinlənilib. Pilot layihəyə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının daxil edilməsi imkanı “FutureTrust” Konsorsiumunun üzvlərinin xüsusilə marağına səbəb olub.
Qeyd edək ki, “B.EST Solutions” şirkətinin “FutureTrust” Konsorsiumuna üzvlüyü Azərbaycan innovasiyaları və “Asan İmza” mobil elektron imza texnologiyaları haqqında beynəlxalq ictimaiyyətin informativliyini yüksəldəcək, eyni zamanda, Azərbaycanın nəinki Avropa İttifaqı ilə həmçinin qlobal şəkildə transsərhəd elektron xidmətlərin işlənib hazırlanmasında iştirakını maksimum yüksəltməyə imkan verəcək.
Həmçinin Azərbaycan şirkətinin belə layihələrdə iştirakı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılmış “AZINNEX” (“Azerbaijan Consortium of Export Innovations”) Konsorsiumunun imkanları haqqında Avropa ictimaiyyətini tanış etmək vasitəsilə ölkənin İKT-sahəsinin eksport-investisiya potensialının xaricdə artmasına təsir göstərəcək.