ELM VƏ TƏHSİL
BETHOVENİN İTMİŞ PARTİTURASI LONDONDAHƏRRACA QOYULMUŞDUR
Almaniya KİV-lərinin verdiyi ilkin məlumatlara görə, şəxsiyyətinin məxfi saxlanmasını xahiş edən “qiymətli notların sahibi” - satıcı bir əsr bundan öncə bəstəkarın öz dəst-xətti ilə yazdığı, sonradan “itkin düşmüş”, qiymətli partituranın ilkin hərrac qiymətini 1 milyon 66 min avro dəyərində elan etmişdir. Qiymət qaldırılmaqda davam edir.
Xatırladaq ki, dahi Bethovenin dünyasını dəyişməsindən (1827-ci il) iki il öncə - 1825-ci ildə qulaqlarının tamamilə eşitmədiyi kar vəziyyətində yaratdığı misilsiz “Böyük variasiya” partiturasının orijinal not yazıları 1826-cı ildə Bonnda ilk dəfə ifa olunduqdan sonra qəflətən yoxa çıxmış və təxminən bir əsr sonra 2005-ci ilin sentyabrında təsadüfən ABŞ-ın Pensilvaniya ştatındakı kilsənin arxivindən tapılmışdır.
Kilsədəki kitabxananın xidmətçilərindən biri arxivi sahmanlayarkən “itkin” partituranın əlyazmasını üzə çıxarmışdır.