İDMAN
BEYNƏLXALQ ATOM ENERJİSİ AGENTLİYİ OLİMPİADANI RADİASİYADAN QORUYACAQ
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Afina Olimpiadasının radiasiya müdafiəsinin təmin edilməsi üçün kompleks tədbirlər hazırlamışdır. Bunu BAEA-nın nüvə təhlükəsizliyi departamentinin rəhbəri Anita Nilsson bildirmişdir.
Onun sözlərinə görə, “dünyanın müxtəlif ölkələrində törədilən son terror aktları göstərmişdir ki, terrorçular “çirkli atom bombaları” deyilən silaha da əl ata bilərlər”. Xanım Nilson demişdir: “Terrorçuların hədələrinin, o cümlədən radiasiya təhlükəsinin qarşısının alınması sahəsində beynəlxalq əməkdaşlıq Olimpiya oyunları kimi irimiqyaslı tədbirlər üçün model olacaqdır”.
BAEA-nın Baş direktoru Məhəmməd Əl-Baradeyi bildirmişdir ki, Agentliyin radiasiya təhlükəsinin sovuşdurulmasına dair layihəsinin inkişafı və gerçəkləşdirilməsi üçün onun başçılıq etdiyi təşkilatla Yunanıstanın atom enerjisi komissiyası və digər beynəlxalq tərəfdaşlar arasında sıx əməkdaşlıq həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]