İQTİSADİYYAT
BEYNƏLXALQ AVRASİYA NƏQLİYYAT DƏHLİZİNDƏ İŞİN HƏCMİ ARTMIŞDIR
2003-cü ilin yanvar-avqust aylarında Beynəlxalq Avrasiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz armış və 27, 4 milyon ton təşkil etmişdir. Yüklərin 46,2 faizi dəmir yolu, 28,1 faizi avtomobil, 25,7 faizi isə dəniz nəqliyyatı ilə daşınmışdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, dəhliz vasitəsilə daşınmış yüklərin 47,5 faizini və ya 13,0 milyon tonunu tranzit yüklər təşkil etmiş və ötən ilin yanvar-avqust ayları ilə müqayisədə belə yüklərin həcmi 2,1 milyon ton və ya 18,8 faiz artmışdır.
Yük daşınmasından əldə olunan gəlirin həcmi 20,9 faiz artaraq 608,7 milyard manata, o cümlədən tranzit yüklərin daşınmasından əldə olunan gəlir 25,2 faiz artaraq, 378,4 milyard manata çatmışdır. Sərnişin daşınmasından 96,2 milyard gəlir əldə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
- 28.03.2024 [17:39]