BEYNƏLXALQ BANK ƏN İRİ KREDİTORDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) respublikanın ən iri kreditoru olmaq mövqeyini qoruyub saxlamışdır.
Martın 1-nə ABB-nin kredit portfeli 1316,5 milyon manat idi. Bu isə artımın ilin əvvəlindən 309 milyon manat, yaxud 30,7 faiz təşkil etməsi deməkdir.
Keçən ilin yekunlarına görə, 1,762 milyard manata çatmış ABB aktivlərinin 57 faizi bankın kredit portfelinin payına düşmüşdür.