MƏDƏNİYYƏT
BEYNƏLXALQ FESTİVALDAN MÜKAFATLA QAYITMIŞDIR
Akif Əhmədgil AZƏRTAC-ın müxbirinə demişdir ki, onuncu dəfə keçirilən tədbirin məqsədi ulu türk ozanı Dədə Qorqudu, bütövlükdə türk ədəbiyyatını təbliğ etməkdir. Festivalda Türkiyə və Azərbaycanla yanaşı, Makedoniya, Türkmənistan və İraqdan da şairlər iştirak etmişlər. Festival çərçivəsində XIX əsr türk şairi, Bayburt şəhərində yaşayıb yaratmış Zihniyə həsr olunmuş şer müsabiqəsi, habelə el havaları və xalq oyunları yarışmaları da keçirilmişdir. Bu yarışmada Naxçıvan Dövlət Filarmoniyası solistlərinin və “Şərur” ansamblının çıxışları böyük maraqla qarşılanmışdır.
Tədbirdə Anarın və Nazim İbrahimovun tərtib etdikləri “Min beş yüz ilin Oğuz şeri” antologiyasından minnətdarlıqla söz açılmışdır.
Akif Əhmədgil Bayburta apardığı kasetləri - Bülbülün, Xan Şuşinskinin, Rəşid Behbudovun, Yaqub Məmmədovun, Şövkət Ələkbərovanın, Qulu Əsgərovun, Fatma Mehrəliyevanın, Səxavətin, aşıq Ədalətin və başqalarının lent yazılarını qələm dostlarına hədiyyə etmişdir.