SİYASƏT


BEYNƏLXALQ KONFRANS

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının salonunda “Mərkəzsizləşdirmə və Azərbaycan bələdiyyələri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Qafqaz Universitetinin 10 illik yubileyi ilə əlaqədar tədbirlər çərçivəsində keçirilən konfransı prorektor Niftalı Qocayev açaraq, bələdiyyələrin işini müasir tələblərə uyğunlaşdırmaq məqsədi daşıyan tədbirdə Türkiyəli mütəxəssislərin də iştirak etdiyini bildirmişdir.

Sonra Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Zahid Qaralovun, İstanbulun Pendik bələdiyyə başqanı Erol Kayanın, Ədliyyə Nazirliyinin bələdiyyələrdə iş və bələdiyyələrə yardım mərkəzinin müdiri Namiq Əliyevin, Qafqaz Universitetinin kafedra müdiri Eyüp Zənginin məruzələri dinlənilmiş, müzakirələr olmuşdur.

Konfrans Qafqaz Universitetində bölmə iclaslarında öz işini davam etdirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.