BEYNƏLXALQ MARŞRUTLARIN DAİRƏSİ GENİŞLƏNƏCƏK
AzerTAg.az
Azərbaycan paytaxtını bir sıra yaxın xarici ölkələrlə beynəlxalq avtobus marşrutları birləşdirir. Hər gün minlərlə sərnişin bu marşrutlar vasitəsilə Rusiya Federasiyasının, Gürcüstanın, İranın və Türkiyənin müxtəlif şəhərlərinə yola düşür.
Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Müəssisəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda paytaxtımızdan RF-nın Moskva, Sankt-Peterburq, Rostov, Samara, Krasnodar, Həştərxan və digər şəhərlərinə, Ukraynanın Xarkov, Gürcüstanın Tbilisi, Marneuli, İran İslam Respublikasının Tehran, Təbriz, Türkiyənin İstanbul və başqa bölgələrinə avtobuslar işləyir. 2003-cü ilin sonunadək bir sıra yeni marşrutların açılacağı nəzərdə tutulmuşdur.
Bu ilin sonunadək Naxçıvan Muxtar Respublikasına yeni avtobus marşrutları açılması üçün hazırlıq tədbirləri görülür.
Xəbərin mətnində orfoqrafik səhv var