SİYASƏT


BEYNƏLXALQ MİQRASİYA TƏŞKİLATI AZƏRBAYCANIN İNSAN ALVERİNİN QARŞISINI ALMAQ SİYASƏTİNİ DƏSTƏKLƏYİR

Beynəlxalq Miqrasiya Təşkilatı insan alverinin qarşısının alınmasına yönəldilmiş siyasətin hazırlanmasında Azərbaycan hökumətinə mümkün köməyini göstərir. Bunu AZƏRTAC-ın müxbirinə təşkilatın Azərbaycandakı nümayəndəliyinin başçısı Yost Van Der Aalst bildirmişdir.

O vurğulamışdır ki, insan, xüsusən qadın və uşaq alverinin qarşısının alınması üçün Azərbaycanın güc strukturları, Xarici İşlər Nazirliyi, sərhəd və gömrük xidmətləri, “Azərbaycan Hava Yolları” Dövlət Konserni ilə birgə iş apararkən ölkəmizin hökuməti tərəfindən tam dəstəklənmişdir.

Y.Van Der Aalst demişdir ki, təşkilatın Azərbaycanda fəaliyyətinin üç əsas istiqaməti var – respublika hökumətinə dövlət miqrasiya siyasətinin hazırlanmasında kömək etmək, qanunvericilik bazasını işləyib hazırlamaq və bu sahədə müxtəlif layihələr hazırlanması üçün potensial yaratmaq. Biz müxtəlif nazirliklərlə sıx əməkdaşlıq edərək, onları beynəlxalq təcrübə ilə tanış edirik, sərhəd məntəqələrinin əməkdaşları üçün məşğələlər keçiririk və miqrasiya siyasətinə cavabdeh olan agentliklərin yenidən qurulmasına kömək göstəririk.

Y.Van Der Aalst sonda bildirmişdir ki, nümayəndəliyin fəaliyyəti haqqında məlumat www.iom.int İnternet saytı vasitəsilə dünya ictimaiyyətinə çatdırılır. Bu saytda Beynəlxalq Miqrasiya Təşkilatının bütün dünyadakı nümayəndəliklərinin gördükləri işlər barədə rüblük və illik hesabatlarla da tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.