İQTİSADİYYAT
BEYNƏLXALQ NƏQLİYYAT SƏRGİSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 17-də Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Transcaspian-2006” V Azərbaycan beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında yükdaşımaların dinamikası və strukturuna dair mətbuat konfransı keçirilmişdir.
“Rossiyskiye Jeleznıye Doroqi” Açıq Səhmdar Cəmiyyətinin şöbə rəisi Marina Kovşova və “Refservis” ASC baş direktorunun müavini Yevgeni Volkov Rusiya Federasiyasında dəmir yolu ilə yükdaşımaların təşkili, beynəlxalq nəqliyyat dəhlizləri ilə yüklərin daşınmasının vəziyyəti, Şimal-Cənub nəqliyyat dəhlizinin yüklərin daşınmasındakı əyani üstünlüyü, yükdaşımalar zamanı yollarda itirilən vaxtın azaldılması yolları və s. məsələlərdən danışmışlar.
Rusiyalı qonaqlar axırda jurnalistlərin çoxsaylı suallarına cavab vermişlər.