İDMAN
BEYNƏLXALQ OLİMPİYA KOMİTƏSİ İCRAİYYƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC Beynəlxalq Olimpiya Komitəsi (BOK) mətbuat xidmətinin yaydığı məlumata istinadla bildirir ki, mayın 17-19-da Lozanna şəhərində BOK İcraiyyə komitəsinin iclası keçiriləcəkdir.
İclasın ilk günü İcraiyyə Komitəsinin üzvləri beynəlxalq yay və qış olimpiya federasiyaları assosiasiyalarının, eləcə də Beynəlxalq İdman Federasiyaları Baş Assosiasiyasının nümayəndələri ilə görüşəcəklər.
İkinci gün, mayın 18-də 2012-ci il olimpiadasını keçirməyə namizəd şəhərlərin adları açıqlanacaqdır.
BOK İcraiyyə Komitəsində Afina-2004, Turin-2006, Pekin-2008 və Vankuver-2010 Olimpiya oyunlarına hazırlıq haqqında məruzələr də dinləniləcəkdir.
Mayın 19-da BOK-un prezidenti Jak Roqqe jurnalistlər qarşısında çıxış edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [18:08]
Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar
- 29.03.2024 [17:38]
Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb
- 29.03.2024 [16:52]
“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər
- 29.03.2024 [16:12]
Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar
- 29.03.2024 [15:22]
Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb
- 29.03.2024 [15:05]
Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub
- 29.03.2024 [14:38]
Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik
- 29.03.2024 [14:19]