BEYNƏLXALQ OLİMPİYA KOMİTƏSİ KİM UN YENİ VİTSE-PREZİDENT VƏZİFƏSİNDƏN UZAQLAŞDIRDI

AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Kim Un Yen korrupsiyada əli olub-olmaması ilə bağlı Cənubi Koreyada aparılan araşdırmalar başa çatanadək Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti vəzifəsindən müvəqqəti məhrum edilmişdir. Cənubi Koreya prokurorluğunda onun həbsi üçün order var, lakin Kim Un Yen gözlənilmədən xəstəxanaya düşmüş və hələlik azadlıqdadır.

Cənubi Koreya Milli Məclisinin sabiq deputatı Milli Olimpiya Komitəsinin prezidenti olarkən iki biznesmenə MOK üzvü seçilməkdə kömək etdiyi üçün onlardan 419 min dollar rüşvət almaqda təqsirləndirilir. Digər ittihamlar 72 yaşlı Kim Un Yenin Dünya Taekvondo Federasiyasının inkişafına ayrılmış milyonlarla dolları mənimsəməsi ilə əlaqədardır. Evində axtarış aparılarkən onun şəxsi seyfindən 5 milyon dollardan artıq məbləğdə valyuta və qiymətli əşyalar tapılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.