SİYASƏT


BEYNƏLXALQ SÜLHSEVƏRLƏR BİRLİYİ ERMƏNİLƏRİN YENİ FİTNƏKARLIĞINA QƏTİ ETİRAZINI BİLDİRİR

Ermənistan Yazıçılar İttifaqının 1921-ci il Qars müqaviləsinin etibarsız hesab edilməsi barədə Ermənistan Parlamentinə müraciəti Beynəlxalq Sülhsevərlər Birliyinin (BSB) 60 mindən artıq üzvünün hiddətinə və haqlı etirazına səbəb olmuşdur. BSB-nin AZƏRTAC-a daxil olmuş bəyanatında bildirilir ki, bu çirkin təşəbbüsün arxasında erməni millətçilərinin və onların havadarlarının özlərinə sərf edən siyasi məqsədlərinin olduğunu anlamaq o qədər də çətin deyildir. Cənubi Qafqaz bölgəsində xalqlar arasında dinc yaşayışın özlərinin fitnəkar və qərəzli fəaliyyətinə əsas maneə olduğunu dərk edən erməni separatçıları bütün beynəlxalq öhdəlikləri və müqavilələri öz xeyirlərinə təftiş etməyə çalışırlar.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Ermənistan parlamentinin bədnam qərarı, Gürcüstanda ermənilərin sıx yaşadıqları Cavaxetiya bölgəsinə muxtariyyət tələb edilməsi kimi fitnəkarlıqların davamı olan həmin təklif erməni millətçilərinin iç üzünü, xain, nankor xislətini bir daha nümayiş etdirir. Qars müqaviləsinin təftiş olunması nəyə xidmət edir? Cavab birmənalıdır: Cənubi Qafqazda sabitliyi, xalqların dinc, birgə yaşayışını, sülh və əmin-amanlığını qəsdən pozub, yeni ərazilərə yiyələnmək niyyətlərinə ideoloji zəmin yaratmaq! Buna görə də BSB bütün dünyanın sağlam qüvvələrini erməni millətçilərinin çirkin məqsədlərini pisləməyə, onları bu təhlükəli yoldan çəkindirməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.