BEYNƏLXALQ TƏLİM KURSU ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Zuğulbada “Gənclər işinin milli səviyyədən beynəlxalq səviyyəyə inkişafı” mövzusunda Beynəlxalq Təlim Kursunun açılışı olmuşdur. Azərbaycan, Gürcüstan, Fransa, Belçika, Yunanıstan, İsveç, Serbiya və Çernoqoriyadan olan nümayəndələrin iştirak etdikləri tədbirdə gənclərin dünya və Avropa strukturlarına inteqrasiyasındakı mövcud vəziyyətdən danışılmışdır. Tədbir oktyabrın 5-dək davam edəcəkdir.