İQTİSADİYYAT


BEYNƏLXALQ TƏŞKİLATLARIN NÜMAYƏNDƏLƏRİ YENİ BÜDCƏNİN TƏRTİBİNDƏ FƏAL İŞTİRAK EDİR

2005-ci ilin Dövlət büdcəsi layihəsinin tərtibində və işlənilməsində Beynəlxalq Valyuta Fondu ilə yanaşı Dünya Bankının da nümayəndələri iştirak edirlər.

Milli Məclisin iqtisadi siyasət daimi komissiyasından AZƏRTAC-a bildirmişlər ki, Beynəlxalq Valyuta Fondunun yeni büdcə layihəsi ilə bağlı bəzi təklifləri var. Belə ki, Fond xərclərin gəlirlərdən çox olmasının əleyhinədir. Ancaq komissiyada hesab edirlər ki, xərclər artırılmalıdır. Bu, büdcə kəsiri hesabınadır və 500 milyard manata qədər büdcə kəsiri proqnozlaşdırılıb. Qanun layihəsində büdcə kəsirinin yuxarı həddi 3 faiz müəyyənləşdirilib. Büdcə xərclərinin çox olması isə gəlirlərin artmasına imkan yaradır.

Beynəlxalq Valyuta Fondunun digər təklifi isə ondan ibarətdir ki, büdcə xərclərinin ümumi daxili məhsula olan nisbəti 1 faizi aşmamalıdır. Ötən il bu artım 18,4 faiz, bu il isə 19,7 faiz olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.