SİYASƏT
BEYNƏLXALQ TƏŞKİLATLAR MƏHƏMMƏD PEYĞƏMBƏRƏ KARİKATURALARIN NƏŞRİNDƏN NARAHAT OLDUQLARINI BİLDİRMİŞLƏR
AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibi Kofi Annan, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Xavyer Solana və İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu birgə bəyanat verərək, Məhəmməd Peyğəmbərə karikaturaların Avropa qəzetlərində nəşri nəticəsində yaranan vəziyyətdən narahatlıqlarını bildirmişlər.
Söz azadlığının əsasında insanların hüquqlarına hörmət amilinin durduğu vurğulanan bəyanatda K.Annan, X.Solana və E.İhsanoğlu müsəlmanları zorakılıqdan çəkinməyə və İslam dininin sülhpərvər mahiyyətini qorumağa çağırırlar: “Biz bir neçə ay öncə Məhəmməd Peyğəmbərə təhqiredici karikaturaların Danimarka qəzetlərində və ardınca digər Avropa ölkələrinin qəzetlərində nəşrindən, eləcə də bu hadisənin doğurduğu zorakılıq hallarından dərin narahatlıq keçiririk”.
Bəyanatda bütün dindarların müsəlmanların narazılığına şərik çıxdığı qeyd edilir.