İDMAN


BEYNƏLXALQ TURNİRDƏ İŞTİRAK EDƏCƏKLƏR

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması iyulun 14-də Varşavada başlanacaq beynəlxalq turnirdə iştirak edəcəkdir.

Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yarışlara Olimpiya oyunlarına hazırlıq mərhələsi kimi baxan məşqçilər komandanın tərkibinə 5 güləşçi - Vitali Rəhimovu (60 kq), Fərid Mansurovu və Adil Yusifzadəni (66 kq), Vuqar Aslanovu və İlqar Abdulovu (74 kq) daxil etmişlər.

Turnir iyulun 19-da başa çatacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.