BEYNƏLXALQ VALYUTA FONDUNUN NÜMAYƏNDƏLƏRİ MİLLİ BANKA TEXNİKİ YARDIM GÖSTƏRƏCƏKLƏR
AzerTAg.az
Beynəlxalq Valyuta Fondunun tədiyə balansı və xarici borclar şöbəsinin missiyası tədiyə və beynəlxalq sərmayə balansları statistikası sahəsində texniki yardım göstərmək məqsədi ilə Azərbaycan Milli Bankına gəlmişdir.
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bankın Statistika departamentinin direktoru R.Mikayılzadə xarici ekspertləri qəbul etmiş, onlarla iki həftəlik iş cədvəlini razılaşdırmışdır.
Missiya tədiyə balansı göstəricilərinin tamlığı və düzgünlüyünün, xarici sövdələşmələrin qeydiyyatını beynəlxalq standartlara müvafiq aparmaq üçün beynəlxalq sövdələşmələr üzrə hesabat vermə sisteminin səmərəliliyini artırmaq sahəsində məsləhətlər verəcək. Həmçinin missiya neft-qaz sekrorunda görülən işləri nəzərdən keçirəcək, beynəlxalq sərmayə balansı üzrə məlumatların toplanması sisteminin inkişaf etdirilməsinə yardım göstərəcəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var