İQTİSADİYYAT
BEYNƏLXALQ VALYUTA FONDUNUN NÜMAYƏNDƏ HEYƏTİ BAKIYA GƏLƏCƏK
Azərbaycan hökumətinin Beynəlxalq Valyuta Fondu qarşısındakı öhdəliklərini yerinə yetirməsini araşdırmaq məqsədi ilə qurumun Orta Şərq və Mərkəzi Asiya Departamenti rəisinin müavini Con Uikmən-Linn yanvarın sonlarında Bakıya gələcəkdir.
BVF-nin Bakıdakı nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səfər zamanı Fondun yeni tövsiyələrində müzakirə olunacaqdır. Bu tövsiyələrin yerinə yetirilməsi 2004-cü ilin mayında Azərbaycanda Yoxsulluğun azaldılması və iqtisadi inkişaf proqramı çərçivəsində 12,87 milyon dollar həcmində beşinci kredit tranşı almağa imkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:34]
Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək
- 25.04.2024 [15:54]