BİLƏCƏRİ QƏSƏBƏSİNDƏ 20 YANVAR ABİDƏ KOMPLEKSİNİN AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
AzerTAg.az
Rayon rəhbərliyinin, Milli Məclisin deputatı Madər Musayevin və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi mərasimdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
20 Yanvar Cəmiyyəti Binəqədi rayon şöbəsinin sədri Ağarza Xankişiyev qanlı faciənin səbəblərindən, xalqımızın düçar edildiyi həmin dəhşətli hadisəni törədən keçmiş imperiya rəhbərlərinin məkrli niyyətlərindən danışdı. Eyni zamanda bildirdi ki, bütün ağrı-acısına baxmayaraq, 20 Yanvar həm də Azərbaycan xalqının qəhrəmanlıq tarixinin parlaq səhifəsidir. O xatırlatdı ki, bu dəhşətli qırğına siyasi və hüquqi qiyməti ilk dəfə məhz ümummilli liderimiz Heydər Əliyev vermişdir. İndi ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ulu öndərin müəyyən etdiyi inkişaf yolu ilə inamla irəliləyir.
Sonra rayonun məktəbliləri 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərdilər, şeirlər söylədilər, mahnılar ifa etdilər.
Xəbərin mətnində orfoqrafik səhv var